Skip to content
  • Home
  • About us
  • Products
  • Brands
  • News
  • Contact
  • Catalog

ALI-VET AQRO MMC Vyetnamda Vemedim Corporation şirkətini ziyarət etdi

ALİ-VET AQRO MMC nümayəndə heyəti Vyetnam Respublikasına işgüzar səfər çərçivəsində Vyetnamın aparıcı baytarlıq preparatları istehsalçılarından biri olan Vemedim Corporation şirkətini ziyarət edib.
Səfər zamanı nümayəndə heyəti Vemedim Corporation şirkətinin istehsal müəssisəsi, fəaliyyət istiqamətləri and məhsul portfeli ilə yaxından tanış olub. Keçirilən görüşlərdə iki şirkət arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.
Görüşlər zamanı baytarlıq preparatları, məhsul portfeli, keyfiyyət standartları, məhsulların Azərbaycanda qeydiyyatı and Azərbaycan bazarında birgə fəaliyyət imkanları ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Tərəflər qarşılıqlı təcrübə və imkanlardan istifadə etməklə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
ALİ-VET AQRO MMC-nin 23 illik baytarlıq sektorunda fəaliyyət təcrübəsi ilə Vemedim Corporation şirkətinin müasir istehsal imkanlarının və geniş məhsul portfelinin birləşdirilməsi nəticəsində Azərbaycan bazarında yeni əməkdaşlıq imkanlarının yaradılması nəzərdən keçirilib.
Səfərin mühüm nəticələrindən biri olaraq, ALİ-VET AQRO MMC ilə Vemedim Corporation arasında distribyutorluq müqaviləsi imzalanıb. Bu müqavilə iki şirkət arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə və Vemedim məhsullarının Azərbaycan bazarında təqdim olunması istiqamətində birgə fəaliyyətin genişləndirilməsinə mühüm zəmin yaradır.
ALİ-VET AQRO MMC nümayəndə heyətin səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə, peşəkar təşkilati dəstəyə və səmimi münasibətə görə Vemedim Corporation komandasına təşəkkürünü bildirir.
İnanırıq ki, bu səfər və imzalanmış distribyutorluq müqaviləsi ALİ-VET AQRO MMC ilə Vemedim Corporation arasında uzunmüddətli, etibarlı və qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə, həmçinin Azərbaycan baytarlıq sektorunun inkişafına töhfə verəcək.

ALİ-VET AQRO MMC
Vyetnam Respublikası — 2026


08 August 2026

Menu

  • Home
  • About us
  • Products
  • Brands
  • News
  • Contact
  • Catalog

Contacts

Email: ✉️ info@alivetaqro.az

✉️azercavadovalivet@gmail.com

☎️ +994 51 451 91 91

📍 Ünvan: Goranboy rayonu, Xan Qərvənd kəndi, Azərbaycan

Socials

  • Facebook
  • Instagram

Subscribe to our newsletter

Subscription form is not available at the moment

© 2025 ALI-VET AQRO. All rights reserved.

Your cart (items: 0)

Products in cart

Product Details Total
Subtotal 0,00 ₼
Shipping and discounts calculated at checkout.
View my cart
Go to checkout

Your cart is currently empty!

Start shopping

Notifications

AZEN