Description
Məlumatlar
Məhsulun ticarət adı: BETRA KETO
İstifadə sahəsi: Məhsul iri və xırda buynuzlu heyvanlarda enerji metabolizminin balanslaşdırılmasına və xüsusilə boğazlıq və doğuşdan sonrakı dövrdə yaranan enerji ehtiyacının qarşılanmasına kömək edən maye yem premiksidir. Məhsul enerji çatışmazlığının aradan qaldırılmasını dəstəkləyir, qaraciyərin piylənmə sindromunun azalmasına və ketozun yaranma riskinin minimuma endirilməsinə kömək edir.
Xüsusilə doğuşa yaxın və doğuşdan sonrakı dövrdə enerji tələbatı artan heyvanların rasionuna əlavə dəstək vermək məqsədilə istifadə olunur.
Tərkibi: propilen qlikol — 99,96% w/w
İstifadə və dozalaşdırma qaydaları: İri buynuzlu heyvanlar üçün- doğuşdan 3 gün əvvəl gündəlik 500 q, doğuşdan sonra gündəlik 500 q; Xırda buynuzlu heyvanlar üçün- doğuşdan 3 gün əvvəl gündəlik 100 q, doğuşdan sonra gündəlik 100 q. Məhsul tövsiyə olunan dozada heyvanlara ağız yolu ilə verilir. Məhsul əsasən iri və xırda buynuzlu heyvanlar üçün istehsal edilmişdir. Yalnız nəzərdə tutulmuş heyvan növləri üçün istifadə edilməsi tövsiyə olunur. Açılmış qablaşdırma qısa müddət ərzində istifadə edilməlidir. Uşaqların əli çatmayan və görmədiyi yerdə saxlanılmalıdır.
Saxlanma şəraiti: Məhsulu öz orijinal qablaşdırmasında, sərin, quru və qaranlıq yerdə, birbaşa günəş şüalarından uzaqda saxlayın.
Qeyd: Bu məhsul dərman deyil, yem premiksidir. Müalicəni dəstəkləyə bilər, lakin təkbaşına müalicə məqsədilə istifadə edilə bilməz.
Mənşə: Türkiyə







Reviews
There are no reviews yet.